Nəriman Abbasov titul döyüşündə Qazaxıstan idmançısını məğlub edib - FOTO


27.04.2019 11:00
257
Nəriman Abbasov titul döyüşündə Qazaxıstan idmançısını məğlub edib - FOTO

Azərbaycan əsilli qaydasız döyüş ustası Nəriman Abbasov Rusiyada keçirilən "Fight Night Global" kəməri uğrunda döyüşdə qələbə qazanıb.


Ekspress.az xəbər verir ki, 70,3 kq çəki dərəcəsində çıxış edən WMMAF versiyası üzrə 4 qat MMA çempionu Nəriman Abbasov Moskva vilayətinin Mıtişi şəhərində qazaxıstanlı APFC çempionu Kuat Həmidovla qarşılaşıb.


Mıtışi arenada keçirilən titul döyüşü 5 raund davam edib. İlk raundlarda idmançılar eyni səviyyədə mübarizə aparsalar da, sonradan Abbasov üstünlüyü ələ alıb. Döyüşün sonunda isə hakimlərin yekdil qərarı ilə azərbaycanlı döyüşçü qələbə qazanıb.


Bununla da, Nəriman Abbasov yüngül çəkidə "Fight Night Global" tituluna və kəmərinə yiyələnib.


Qələbədən sonra "Report"un Rusiya bürosuna açıqlama verən Nəriman Abbasov bunları deyib:


"Görüş gözlədiyimdən gərgin keçdi. Amma qələbə bizim oldu. Mən məşqçim Şəhriyar Abbasova təşəkkür edirəm. Məni dəstəkləyən hər kəsə minnətdaram".


Ekspress.az

Açar sözlər: