Pompeo ABŞ-ın İranla bağlı məqsədini açıqlayıb


12.05.2019 16:58
71
Pompeo ABŞ-ın İranla bağlı məqsədini açıqlayıb

ABŞ-ın İranda məqsədi müharibə etmək yox, hər şeydən əvvəl İran rəhbərliyinin davranışlarını dəyişməkdir.


Ekspress.az xəbər verir ki, bunu Amerikanın dövlət katibi Mayk Pompeo CNBC-yə müsahibəsində deyib.


"Biz hesablamalarımızda yanılmırıq: məqsədimiz müharibə yox, İran rəhbərliyinin davranışlarını dəyişməkdir. Biz ümid edirik ki, İran xalqı istədiyini və layiq olduğu alacaq", - deyə o bildirib (report).


Dövlət katibi qeyd edib ki, Vaşinqtonun bölgədə istifadə etdiyi qüvvələr "nəsə olacağı" təqdirdə uyğun şəkildə cavab verməyə hazır olmaq üçün lazımdır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND