Uşaqlar niyə dərs oxumaq istəmir?

17.05.2019 12:02
362
Uşaqlar niyə dərs oxumaq istəmir?

 Uşaqlar niyə dərs oxuya bilmir?


Bunun bir çox səbəbləri var. Bu səbəblərdən biri də diqqət əksikliyi problemidir ki, valideynlər bununla çox qarşılaşır.


Ekspress.az -ın məlumatına görə, valideyn və müəllimlər şikayət edir ki, sual verildikdə uşaqlar sualı axıra qədər dinləməyib cavab verirlər. Bu səbəbdən də cavabları yanlış olur. Uşaqların fikiriləri çox dağınıqdır. Kitab oxuyan zaman tələsirlər və mənasını da anlamadıqlarına görə öyrənə bilmirlər. Texniki fənlərdə daha çox səhvlərə yol veririlər. Fikirlərini ifadə edərkən çətinlik çəkirlər.


Diqqət əksikliyi problemi nədir?


Uşaqlarda ən çox rast gəlinən problemdir. Diqqətini bir mərkəzə toplaya bilmirlər, diqqətin davamlılığı az olur, dərsi dinləyərkən kənardan bir səs gəldikdə diqqətləri dağılır, bir işi bitirmədən digərinə keçirlər, işi axıra qədər çatdıra bilmirlər, əşyalarını tez-tez itirirlər və ya yerlərini unudurlar, gün ərzində tez-tez xəyala dalırlar, dərsi qavramaqda çətinlik çəkirlər. Diqqət dağınıqlığı olan uşaqlara xarici təsirlərdən başqa onların daxili duşuncələri də mane olur. Bu tip uşaqlar adətən səliqəsiz olur. Dərslərində müvəfəqiyyətləri aşağıdır. Əgər valideynlər yuxarıda sadalananlardan bir neçəsini övladlarında müşahidə edirsə, mütəxəssisə müraciət etsinlər.

Bəzən valideynlər bu mövzuya fərqli yanaşırlar. Uşaq haqqında məktəbdən və yaxud müəllimdən şikayət gəldikdə, uşaqlarını danlayır və cəza verirlər. Bu şəkildə davrandıqda uşaqların problemini daha da dərinləşdirirlər, uşaqlarda davranış pozuntusu, aqressiya və s. özünü göstərməyə başlayır. Bu şəkildə davranmaq əvəzinə övladlarıyla yaxından maraqlanmalı və problemin həllini tapmaqla məşğul olmalıdırlar.


Bu problemlərin öhdəsindən necə gələk?


Özləri bacara bilmirlərsə, psixoloqa müraciət etməlidirlər. Bununla yanaşı idmanın bir neçə növü vardır ki, onlarla da məşğul olmalıdırlar. Məsələn: tenis, sahmat, voleybol, futbol və s. Bəzən valideynlər uşağı psixoloqa və yaxuda idmana aparır, lakin bu proseslərə və uşağın davranışına nəzarət etmirlər. Valideynlər övladlarıyla yaxından maraqlanmalı və onlara motivasiya verməlidirlər, özlərinə inamı artırmalarına dəstək olmalıdırlar.


Raminə Həsənova


Ekspress.az

  • SON XƏBƏR
  • TREND