Pul bazası azalıb

11.02.2019 15:21
73
Pul bazası azalıb

2019-ci ilin yanvarında Azərbaycanın pul bazasıbıb həcmi kəskin azalıb. Ekspress.az Mərkəzi Bankın statistik məlumatlarına əsasən xəbər verir ki, 2018-ci ilin dekabrında 9,546 milyard manat olan pul bazasının həcmi yanvarda 8,709 milyard manata qədər azalıb. Ay ərzində pul bazası 837 milyon manat və ya 8,76 faiz azalıb.


Pul bazası pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.


  • SON XƏBƏR
  • TREND