Gəncə-Şəmkir yolunda 2 nəfər körpüdən yıxılıb, biri ölüb


10.01.2019 21:52
171
Gəncə-Şəmkir yolunda 2 nəfər körpüdən yıxılıb, biri ölüb

Gəncə-Şəmkir yolunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Ekspress.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu Şəmkir-Zəyəm yolunda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.


Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.


Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND