Yeniyetmə taekvondoçularımız Türkiyədə keçirilən turnirdə birinci yeri tutub

19.05.2019 13:24
113
Yeniyetmə taekvondoçularımız Türkiyədə keçirilən turnirdə birinci yeri tutub

Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.


Atatürkün anım günü, gənclik və idman bayramı münasibətilə yeniyetmələr arasında təşkil edilən yarışda Azərbaycan 17 taekvondoçu ilə təmsil olunub və komandamızın bütün üzvləri medal qazanıblar.


Mayın 17-də start götürən yarışın ilk günündə komandamız aktivinə 10 medal əlavə edib. Belə ki, Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Hacıyev (45 kq), Nəzirə Ölməz (47 kq) gümüş medala sahib olub. İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) isə yarışı bürünc mükafatla başa vurub.


Mayın 18-də yarışların sonuncu günündə də millinin üzvləri uğura imza atıblar. Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (49 kq), Asim Əlimov (65 kq-dan yuxarı), Səmmərux Osmanova (51 kq) qızıl, Səriyyə Bağırova (51 kq) gümüş medala yiyələnib (Azərtac). Fazil Hüseynov (57 kq) isə turnirdə bürünc medalla kifayətlənib.


Azərbaycanın yeniyetmələrdən ibarət millisi komanda hesabında oğlanlar arasında birinci, qızlar arasında ikinci yerə layiq görülüb, ümumi medal sayına görə birinci pilləyə qalxıb.


Türkiyə, Suriya və Azərbaycan idmançılarının qatıldığı turnirdə ümumilikdə 300 taekvondoçu mübarizə aparıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND