Sürücü qıc oldu, maşını aşırdı

03.02.2019 13:42
258
Sürücü qıc oldu, maşını aşırdı

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.


İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

Açar sözlər: