Sürət qatarı 3 saat 50 dəqiqəyə Gəncəyə çatıb - FOTOLAR

29.12.2018 13:58
758
Sürət qatarı 3 saat 50 dəqiqəyə Gəncəyə çatıb - FOTOLAR

Bakı-Gəncə sürətli elektrik qatarı bu gün səhər saat 09:00-da Bakıdan Gəncəyə yola düşüb.

Ekspress.az-n qatarda olan əməkdaşının veriyi məlumata görə, qatar 3 saat 50 dəqiqəyə Gəncəyə çatıb.


Qatarın Gəncə şəhərində rəsmi qarşılanma mərasimi olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla rəhbər işçilər, şəhər ictimaiyyəti qatarı qarşılamağa çıxıblar. Gəncə Dəmir Yolu Vağzalının qarşısında Bakı-Gəncə sürət qatarının açılışı münasibətilə tədbir keçirilib.

İcra başçısı N.Bayramov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Milli Məclisin deputatı Musa Quliyev çıxış edərək Bakı-Gəncə elektrik qatarının açılışı münasibətilə gəncəlilərə təbriklərini çatdırıblar.

Tədbirin bədii hissəsində tanınmış sənət adamları öz mahnılarını ifa ediblər.


Ekspress.az