Məşhur meyxanaçının səhhəti pisləşdi


15.04.2019 14:28
73
Məşhur meyxanaçının səhhəti pisləşdi

Məşhur meyxanaçı Mahir Cürətin səhhəti pisləşib.


Ekspress.az xəbər verir ki, bu barədə "Ölkə.Az"-a söz ustadının özü məlumat verib:

"Mətbuatın məni yada salmağı, axtarmağı mənəvi şəfayətdir. Bir az xəstəxanada yatdım, gördüm ki, ora mənlik deyil. Ağ ciyərimdə nəfəs çatışmazlığı var, bronxial astmadan əziyyət çəkirəm. Yol yeriyəndə, oturduğum yerdə təngənəfəs oluram. Həm də Aydının ölümünü eşidəndə psixi sarsıntı keçirmişdim. Ondan sonra üç gün vəziyyətim çox ağır oldu". 


Qeyd edək ki, Mahir Cürət ANS-in təşkil etdiyi ilk "De, gəlsin!" meyxana yarışmasının laureatlarından olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND