Katalon klublarının qarşılaşmasında "Barselona" qalib gəldi - FOTO

27.01.2019 22:55
481
Katalon klublarının qarşılaşmasında "Barselona" qalib gəldi - FOTO

İspaniya La Liqasının 21-cü turu çərçivəsində çempionatın lideri "Barselona" səfərdə "Jirona" ilə üz-üzə gəlib.


Ekspress.az xəbər verir ki, Kataloniya klublarının bu qarşılaşmasında gülən tərəf "Barselona" olub.


Belə ki, 9-cu dəqiqədə Nelson Semedo, 68-ci dəqiqədə isə Lionel Messinin vurduğu qolla "Barsa" çempionatda növbəti qələbəsini qazanıb.


"Jirona" - "Barselona" - 0-2.


Qeyd edək ki, La Liqada bombardirlər siyahısına başçılıq edən Lionel Messinin hesabında hazırda 19 qol var. Bu oyunda vurduğu qolla argentinalı ulduz İspaniya çempionatındakı qollarının sayını 402-yə yüksəldib.


“Barselona” isə bu qələbə sayəsində xallarının sayını 49-a çatdırıb. Onun ən yaxın izləyicisi "Atletiko Madrid" 44 xalla 2-ci sırada qərarlaşıb.