Gömrükdə aksiz vergisindən daxilolma kəskin artıb

18.04.2019 11:17
51
Gömrükdə aksiz vergisindən daxilolma kəskin artıb

2019-cu ilin mart ayında gömrükdən aksiz vergilərdən büdcəyə daxilolmaların həcmi hətta yanvar və fevral aylarının cəmindən az qala iki dəfə çox olub.


Dövlət Gömrük Komitəsinin xəbərinə əsasən, aksiz vergilərdən daxil olma yanvar-fevral aylarında toplam 28,91 milyon manat təşkil etdiyi halda, mart ayında 48,16 milyon manat təşkil edib.


Ümumilikdə cari ilin ilk rübündə aksiz vergilərdən daxil olmaların həcmi 77 milyon manatı ötüb (banker.az). Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin böyümənin olması deməkdir. Məlumat üçün qeyd edək ki, ötən ilin ilk rübündə cəmi 27 milyon manat təşkil edirdi ki, bu hətta cari ilin ilk iki ayındakı rəqəmdən belə azdır.


Aksiz vergilərin cəmi büdcə daxilolmalarda payı ötən ilin müfafiq dövründə 3,8% pay sahibinin olduğu halda bu il bu rəqəm 7,6%-ə qədər artıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND