• 22 °C Bakı
  • 22 °C Quba
  • 29 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Çörək bağlanmasından 2,36 milyon dollar çıxıb

15.05.2019 20:58
36
Çörək bağlanmasından 2,36 milyon dollar çıxıb


İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb.


Elspress.az xəbər verir ki, bu barədə Trend İran Gömrük Administrasiyasına istinadən məlumat verib.


Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış.

Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.

Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND