Müəllimlərin 79 faizi qadındır

18.06.2019 16:57
87
Müəllimlərin 79 faizi qadındır

"Bu gün Azərbaycanın təhsil müəssisələrində çalışanlar arasında qadınlar çoxluq təşkil edir".


Bu barədə Təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.


“Təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 fazini qızlar təşkil edir. Peşə təhsilində bu göstərici təhsil verənlərlə münasibətdə 69 faiz, təhsil alanlarla münasibətdə 33 faiz təşkil edir. Bakalavrda təhsil alan qadınların sayı 50 faiz olsa da, magistr səviyyəsində təhsil alan qadınların sayı 54 faizdir. Doktorantura səviyyəsində təhsil alanların isə 56 fazi qadınların payına düşür (report). Bu gün Azərbaycanda fəlsəfə doktoru olanların 51 faizi, elmlər doktoru olanların isə 46 faizini qadınlar təşkil edir. Hesab edirəm ki, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender sisteminin gözlənilməsidir”.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND