Azərbaycan millisinin hücumçusu Braziliya klubu ilə müqavilə bağlayıb


05.05.2019 19:25
208
Azərbaycan millisinin hücumçusu Braziliya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını Braziliyada davam etdirəcək. 


Ekspress.az -ın məlumatına görə, 29 yaşlı hücumçu Superliqada mübarizə aparan "Sesi" ilə anlaşıb. 


O, Braziliya təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.


Bununla da milliləşdirilmiş Rəhimova Braziliyada forma geyinəcək ilk Azərbaycan voleybolçusu kimi tarixə düşüb. 


Qeyd edək ki, 198 sm boya malik P. Rəhimova "Sesi"yə Türkiyənin "Türk Hava Yolları" klubundan transfer olunub (ONA). Onun komandası qonşu ölkədə sonuncu mövsümü 6-cı pillədə bitirib. 


Voleybolçumuz daha öncə Cənubi Koreyada "Hyundai", Yaponiyada "Toyota", Türkiyədə "Fənərbaxça" və İtaliyada "Kasalmaggiore"də də çıxış edib. 


Ekspress.az

Açar sözlər: