Çində təhsil almaq istəyənlər üçün ŞAD XƏBƏR

Təqaüd proqramı elan edilib

21.01.2019 19:55
251
Çində təhsil almaq istəyənlər üçün ŞAD XƏBƏRTəqaüd proqramı elan edilib

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.

Ekspress.az Modern.az-a istinadən bildirir ki, təqaüd proqramı Prezidentin 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır.

Qeyd edək ki, təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il, doktorantura səviyyəsi üzrə isə 3-4 il arasında dəyişir.


Ekspress.az