Tikintidə krandan qırılan tros fəhlənin üstünə düşdü - FƏHLƏ ÖLDÜ

25.05.2019 10:14
363
Tikintidə krandan qırılan tros fəhlənin üstünə düşdü - FƏHLƏ ÖLDÜ

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.


Ekspress.az xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.


Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.


Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib (report).


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND