Venesuela və Rusiyanın neft nazirləri Bakıda görüşəcək

17.03.2019 15:23
237
Venesuela və Rusiyanın neft nazirləri Bakıda görüşəcək

Venesuelanın neft sənayesi naziri Manuel Kevedo Bakıda Rusiyanın energetika naziri Aleksandr Novakla görüşəcəyini bildirib.


Ekspress.az xəbər verir ki, görüş Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclası çərçivəsində keçiriləcək.


"Bəli, biz onunla da (Novakla. — red) görüşəcəyik. İndi mən [OPEC-in] baş katibi [Məhəmməd] Barkindonun görüşünə gedirəm", - deyə Kevedo bildirib.

Daha əvvəl Venesuela neft nazirinin Bakıda keçiriləcək OPEK+ sammitində iştirak edəcəyi xəbər verilmişdi (report).


Ekspress.az