Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

04.07.2019 11:58
41
Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər


Belarus Respublikasına səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradı izləyib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.


Hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND