Gürcüstan ombudsmanı azərbaycanlıların inteqrasiya prosesi ilə tanış olub


13.05.2019 21:12
46
Gürcüstan ombudsmanı azərbaycanlıların inteqrasiya prosesi ilə tanış olub

Gürcüstanın ombudsmanı Nino Lomcaria azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.


Ekspress.az xəbər verir ki, ombudsman rayondakı Zorakılıq Qurbanları üçün Böhran Mərkəzinə baş çəkib və əməkdaşlarla tanış olub.


N.Lomcariaya məlumat verilib ki, mərkəz hüquqi məsləhət, psixoloq konsultasiyası və sosial xidmətlər göstərir.


Ombudsman Marneuli İctimai Kollecinə də baş çəkərək gender bərabərliyi, etnik azlıqların inteqrasiyası, dövlət dilinin tədrisi və digər məsələləri müzakirə edib.

N.Lomcaria kollec tələbələrinə və müəllimlərinə Ombudsman Aparatının fəaliyyət istiqamətləri barədə məlumat verib. Kollec adından ombudsmana bölgədə vətəndaş bərabərliyi sahəsindəki aktiv fəaliyyətinə görə təşəkkürnamə verilib (report).


İnsan haqları üzrə müvəkkil Marneuli Məşğulluq Mərkəzində QHT nümayəndələri, ictimai fəallar və gürcü dili müəllimləri ilə görüş keçirib. Görüşdə qadınların və etnik azlıqların qərar qəbul etmə prosesində iştirakı məsələsi müzakirə olunub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND