Koçaryan azadlığa çıxdı

18.05.2019 17:07
54
Koçaryan azadlığa çıxdı

Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.


Ekspress.az xəbər verir ki, şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  


Prosesdə hakim David Qriqoryan R.Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib (unikal.org). 


Xatırladaq ki, 26 iyul 2018-ci ildə Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart (2008-ci il) hadisələri zamanı aksiya iştirakçılarının dağıdılması ilə bağlı iş üzrə Koçaryanı rəsmi qaydada konstitusiya quruluşunu pozmaqda ittiham edib.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND