Mehriban xanım 17 min uşağı sevindirdi


12.09.2019 10:07
53
Mehriban xanım 17 min uşağı sevindirdi

Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir.


Ekspress.az xəbər verir ki, Fonddan verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.


Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.


Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq. (kult)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND