Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi: "Onların eqosu..."

10.07.2019 22:20
115
Tolik efirə zəng vurmaq istəyən Mətanətə əsəbiləşdi: "Onların eqosu..."

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Mətanət Əsədovaya əsəbiləşib.


Ekspress.az xəbər verir ki, Əsədovanın efirə zəng etmək və bir şəxslə bağlı danışmaq istədiyini şərt qoyması Toliki özündən çıxarıb. Prodüser qarşı tərəfin ünvanına sərt sözlər deyib:


"Səmimiyəm, nə var deyirəm. Mətanət Əsədova yazıb ki, məni efirə qoş. Redaktorumuza isə yazıb ki, yalnız Orxan haqda danışacam. Sənə Şəbnəm, Rəsul, yoxsa Hüsniyə haqda danış dedim? Ürəyin istəyirsə, zəng vur. Mənlə bağlı da danışma. Amma şərt qoyma.


Müğənnilərin eqosunu başa düşmürəm. Fatimənin salonunun açılışına getdim. O qədər yalançı öpüşmələr, simalar gördüm ki... Ona görə də mən dəvətlərə getmirəm. Bundan sonra da istəyirsiz verilişə gəlin, istəmirsiz gəlməyin" (axşam.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND