AQTA Rusiyanın Azərbaycan pomidorunu geri göndərməsini araşdırır

12.06.2019 15:03
86
AQTA Rusiyanın Azərbaycan pomidorunu geri göndərməsini araşdırır

Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.


Ekspress.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.


Qeyd olunub ki, hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı araşdırılır:


"Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".


Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilən 36,5 ton pomidora baxış keçiriblər.


Nəticədə pomidorda Cənubi Amerika tomat güvəsinin aşkar edildiyi və məhsulun geri qaytarıldığı bildirilib.  


Ekspress.az

  • SON XƏBƏR
  • TREND