• 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan
  • 23 °C Bakı
  • 23 °C Quba

Azərbaycanın valyuta ehtiyatları 47 milyard dollara çatıb

15.03.2019 12:40
105
Azərbaycanın valyuta ehtiyatları 47 milyard dollara çatıb


Azərbaycan iqtisadiyyatı üçün xarici mühit əlverişli olaraq qalır. Ekspress.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 milyon dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb. 


Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olmuşdur. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.


Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalmış, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməmişdir.


İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatmışdır. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.  


Ekspress.az

  • SON XƏBƏR
  • TREND