Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb


22.06.2019 21:47
133
Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan "Minsk 2019" II Avropa Oyunlarında dördüncü medalını qazanıb.


Ekspress.az xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bürünc medala sahib olub.


Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb (report).


Daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə gümüş medal əldə edib.


Ekspress.az