Marneulidə müxalifət nümayəndələri seçki məntəqələndən çıxarılıb

19.05.2019 18:46
84
Marneulidə müxalifət nümayəndələri seçki məntəqələndən çıxarılıb

“Marneulidə müxalifət nümayəndələrinə seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə almağa imkan vermirlər”.


Bunu Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Tamar Metreveli jurnalistlərə bildirib.


O, Marneuli rayonunda yerləşən 2 saylı seçki məntəqəsindən çıxarılıb.


T.Metrevelinin sözlərinə görə, seçki məntəqəsində çox sayda qanun pozuntuları baş verib:


“Gün ərzində məntəqədə baş verən pozuntuları qeydə almağıma imkan vermədilər”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND