Gəlirlərin tam həcmdə vergiyə cəlb olunmasında maraqlı olmayanlar

30.11.2018 16:42
161
Gəlirlərin tam həcmdə vergiyə cəlb olunmasında maraqlı olmayanlar

Sosial sığorta ödənişlərinin azaldılması gəlirlərin tam leqallaşmasına səbəb olacaqmı?


2019-cu ilin büdcə paketinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə aylıq gəlirin məbləği 200 manatadək olduqda işçi üzrə 3 faiz, işəgötürən üzrə 22 faiz, aylıq gəlirin məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissənin 10 faizi, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissənin 15 faizi həddində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.


Beləliklə, qeyri neft sektorunda işləyənlər üzrə ümumi yük 17 faizdən 10 faizə, işəgötürən üzrə isə 22 faizdən 15 faizədək azaldılmışdır.


Təbii ki, məcburi dövlət sığorta yükünün azaldılması ölkə müəssisələrinin əzəli problemi olan ikili mühasibatlığın səviyyəsinin azalmasına səbəb olacaq. Bu bütövlülkdə götürdükdə, müsbət dəyişiklikdir - həm işçilərin, həm də işəgötürənlərin vergi yükünün azaldılmasına, eləcə də gəlirlərin leqallaşmasına xidmət edə bilər.


Ancaq indiki şərtlər daxilində bu dəyişikliyin işlək olub-olmayacağını 2019-cu lin birinci rübünün nəticələrini təhlil edərkən bəlli olacaq. Çünki indiki reallıqlarda həm işəgötürən, həm də işçilər gəlirlərin tam həcmdə vergiyə cəlb olunmasında maraqlı deyil.

Açar sözlər: