Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?


11.09.2019 16:40
133
Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?

Ermənistanda 63085 nəfər işsiz olsa da, ölkədə ən ucuz işçi qüvvəsi hindlilər hesab olunur.


Bu barədə "Jovoxurd" qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda 2019-cu ilin iyul ayında 82820 nəfər iş axtarıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.


Qeyd olunub ki, tikintidə işləyən ermənilər 5000-7000 dram tələb edirlər.


Hindistandan gələn miqrantlar isə eyni işi 3000 drama edirlər.


Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında ölkəyə Hindistandan 15442 nəfər miqrant gəlib.


Hindlilər, əsasən, erməni kəndlərindəki istixanalarda işləyirlər. Onların əksəriyyəti Ararat və Armavir bölgələrindəki kəndlərdə yaşayırlar. (oxu)


Ekspress.az

Açar sözlər: