"Arvadın başqa kişilərlə yatır" dedi, dönər bıçağı ilə doğrandı

21.01.2019 23:46
139
"Arvadın başqa kişilərlə yatır" dedi, dönər bıçağı ilə doğrandı


Türkiyənin Ədirnə vilayətində rəqqasəlik edən Diğdem Uslu adlı adlı gənc qadın qətlə yetirilib.


Ekspress.az "milli.az"a istinadla xəbər verir ki, rəqqasəni doğma atası qətlə yetirib, doğrayaraq meşədə basdırıb.


Keşan rayonunun meşə ərazisində 32 yaşlı Diğdemin kəsik qolu və bədəninin digər parçaları tapılıb. 55 yaşlı dönərçi Həsən Uslu qızını əvvəlcə əlləri ilə boğub sonra isə bıçaqla doğrayaraq meşədə basdırıb. Həsən ifadəsində bildirib ki, qızının psixoloji problemləri olub. Diğdem atasına "arvadın başqa kişilərlə yatır" dedikdən sonra Həsən əsəblərini cilovlaya bilməyib və dəhşətli qətlə əl atıb.


Meşədə tapılan bədən üzvləri üzərində düzgün çapıqlar və kəsiklər olub. Polis bunu müəyyən etdikdən sonra Diğdemin dönərçi atasının dönər bıçağından məharətlə istifadə etdiyi üçün onu şübhəli şəxs kimi istintaqa cəlb ediblər. Uslu ailəsinin yaşadığı evdə isə cinayətə aid izlər tapılıb. Bundan sonra isə Həsən Uslu və Satı Uslu saxlanılıb. Həsən polisdə susqunluq göstərib. Sonradan cütlük Keşan məhkəməsinə göndərilib. Ər və arvad dünən axşam saatlarında həbs edilib.


Ata Həsən Uslu ifadəsində hər şeyi danışıb. O, bildirib ki, qızı səhər saatlarında evə içkili gəlib və anası ilə mübahisə edib: "İstanbula avtobus bileti var idi. Məndən bileti istədi, mən də verdim. Amma Diğdem bileti büküb Satının ağzına soxaraq "Bunu yeyəcəksən" dedi. Mənə və arvadıma təhqirlər yağdırdı. Mənə "arvadın başqa kişilərlə yatır" dedi. Mübahisə etdik və özümü itirdim, təpik atdı, mən də boğub öldürdüm. Arvadımın isə ürəyi getmişdi.

Satı Diğdemi boğdumu görməmişdi. Bir müddət gözlədim. Arvadım özünə gəlib başqa otağa keçmişdi. Mən də yanına gedib "Boğub öldürdüm" dedim. Meyit bir gün yataq otağında qaldı. Meyiti doğramaq qərarına gəldim. Onu parçalayıb meşədə basdırdım".

  • SON XƏBƏR
  • TREND