Makron etirazlardan sonra komandasını yeniləyir

12.02.2019 12:38
126
Makron etirazlardan sonra komandasını yeniləyir

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayındakı komandasını yenidən formalaşdırmaq üçün irimiqyaslı kadr islahatları həyata keçirməyə hazırlaşır.


Bu barədə “Figaro” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Makronun Fransa prezidentinin komandasını yeniləməsi yaxın 3-4 ay ərzində baş tutacaq.

İstisna edilmir ki, Makronun bu qərarı son zamanlar ölkə daxilində müxalifətin və millətçilərin ona qarşı artan təzyiqləri və “sarı jiletlilər” hərəkatının başlatdığı etirazlarla əlaqədardır.


Qeyd edək ki, ötən gün Makronun xüsusi məsləhətçisi İsmael Emilyen istefa verib. Onun istefa qərarı martın sonunda qüvvəyə minəcək. 2018-ci ilin oktyabrında isə Fransa prezidenti hökumətdə dəyişiklik edərək, daxili işlər naziri, mədəniyyət və kənd-təsərrüfatı nazirlərini, həmçinin, inzibati-ərazi vahidlərilə əlaqələr və ərazi bütövlüyü məsələləri üzrə naziri vəzifədən uzaqlaşdırıb (azvision.az). Həmin vaxt fransalıların 60%-i Makronun bu kadr islahatından narazı qalmışdılar.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND