Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forum keçirilir


21.06.2019 10:21
280
Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forum keçirilir

Bakıda qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forum keçirilir.


Ekspress.az xəbər verir ki, Forumda dünyanın 10-dan çox ölkəsindən (Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və s.) 30-dan çox nümayəndə iştirak edir.


Regional səviyyədə qadın sahibkarların inkişafı, həmçinin Forumda iştirak edən ölkələrin qadın sahibkarları arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunur.


Forumda Baş Nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakasetti və digər rəsmi şəxslər iştirak edirlər.


Ekspress.az