Bakıda 256 kq-lıq qadın əməliyyat olundu - FOTOLAR


07.09.2019 17:43
82
Bakıda 256 kq-lıq qadın əməliyyat olundu - FOTOLAR

Xəbər verdiyimiz kimi, tibb elmləri doktoru, tanınmış cərrah Fərid Rəfiyev ötən ay Bakıda 256 kiloqram çəkisi olan qadını əməliyyat etmişdi.


həkim uğurla başa çatan arıqlama əməliyyatı və xəstənin son vəziyyəti haqqında izləyiciləri məlumatlandırmağa davam edir.


Tibb elmləri doktoru xəstənin son görüntülərini paylaşaraq qeyd edib ki, o, 20 kq arıqlamağa müvəffəq olub:


“Əminəm ki, siz də mənim kimi Anara xanımın səbirsizliklə gəlməyini gözləyirdiniz. Bu gün əməliyyatımızdan artıq 10 gün keçir. Bu gün artıq 238! Belə superobez pasientlərdə (ilkin çəki 256 kilo) çəki getməsi maddələr mübadiləsinin zəif olduğundan çox ləng olur adətən. Bu günki nəticədən razıyam! Növbəti görüşümüz 1 ayın tamamımda baş tutacaq".


Xatırladaq ki, pasient həkimə 256 kilo çəki ilə müraciət edib. Bir ay hazırlıq aparılandan sonra əməliyyata alınıb.


Qeyd edək ki, artıq çəkidən əziyyət çəkən xəstə 1 aylıq hazırlıq-pəhriz dövründə cəmi 7 kiloqram arıqlaya bilib.


Həkim əməliyyat etdiyi 256 kq-lıq qadının SON GÖRÜNTÜSÜNÜ paylaşdı - FOTO


Həkim əməliyyat etdiyi 256 kq-lıq qadının SON GÖRÜNTÜSÜNÜ paylaşdı - FOTO


Həkim əməliyyat etdiyi 256 kq-lıq qadının SON GÖRÜNTÜSÜNÜ paylaşdı - FOTO

(publika)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND