Məktəbə hücum edildi: 20 uşaq yaralandı

08.01.2019 11:50
71
Məktəbə hücum edildi: 20 uşaq yaralandı

Pekində naməlum şəxs ibtidai məktəblərdən birinə hücum edərək 20 uşağı yaralayıb.


Ekspress.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Yaralanan uşaqlar xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.


Polis şübhəli şəxsi hadisə yerində saxlayıb. Onun nə ilə silahlandığı və cinayətin motivləri barədə hələlik məlumat yoxdur.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND