“AtaSığorta”nın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək

12.02.2019 10:35
38
“AtaSığorta”nın səhmdarları mənfəətin bölüşdürülməsini müzakirə edəcək

Bu il aprelin 4-də “AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 


Ekspress.az “AtaSığorta” ASC şirkətinə istinadən xəbər verir ki, iclasda 2018-ci maliyyə ili üzrə İdarə Heyəti və Direktorlar Şurasının hesabatları, o cümlədən müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı müzakirə olunacaq.

Bundan başqa, yığıncaqda “AtaSığorta”nın 2018-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələsinə də baxılacaq.


İclas Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında keçiriləcək. İclasın gündəliyi ilə də sözügedən ünvanda tanış olmaq olar. 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND