Bu il qızılın bahalaşması gözlənilir

11.01.2019 15:00
37
Bu il qızılın bahalaşması gözlənilir

Qlobal investisiya bankı "Goldman Sachs Group Inc."ın analitikləri qızılda 12 aylıq qiymət proqnozunu 1425 dollar/unsiyaya səviyyəsinə qaldırıblar. Ekspress.az "Marja"ya istinadən xəbər verir ki, qiymətli metalın qiyməti sözügedən səviyyəni beş ildən çox müddətdir görməyib.

 

"Goldman"ın analitiklərinə görə, artan geosiyasi gərginliklər qızılı bahalaşdıracaqdır. Həmçinin, durğunluq və böhran qorxuları investorların qızıla tələbini artıracaqdır. 

  

Exchange Traded fondlarındakı (ETF) qızıl miqdarı maydan bəri ən yüksək səviyyəsinə çatıb. "Comex"də qızılın qiyməti Avqust ayından bəri 11 faiz artaraq 1292 dollar olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND