Dağıstanda Azərbaycanla nəqliyyat əlaqəsini təmin edən yol təmir edilir

04.05.2019 13:45
367
Dağıstanda Azərbaycanla nəqliyyat əlaqəsini təmin edən yol təmir edilir

Dağıstanın respublika əhəmiyyətli Məhərrəmkənd-Axtı-Rutul avtomobil yolunun 29 km-də əsaslı təmir işlərinə başlanılıb.


Ekspress.az xəbər verir ki, təmir işləri "Təhlükəsiz və keyfiyyətli avtomobil yolları" milli layihəsinin reallaşdırılması çərçivəsində görülür.


Avtomobil yolu Azərbaycan Respublikası ilə sərhəddə yerləşən sərhəd zastavası ilə nəqliyyat əlaqəsini təmin edir (report). Cari ildə sözügedən yolun 34-cü km-nin əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur.


Ekspress.az

Açar sözlər: