• 13 °C Bakı
  • 8 °C Quba
  • 11 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

"Neft daşları"nda platforma çökdü

20.01.2019 13:09
120
"Neft daşları"nda platforma çökdü

"Neft daşları" yatağında platforma çöküb.


Ekspress.az BakuPost-a istinadən bildirir ki, hadisə yanvarın 17-də - Azərbaycanda təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlığın edildiyi gün baş verib. Hadisə zamanı platformada heç kim olmayıb. Çünki ifrat təhlükəli hava şəraiti xəbərdarlığından sonra SOCAR 2500-dən çox neftçini yanvarın 16-da təxliyə etmişdi. Bu addım sayəsində platforma çökərkən faciə yaşanmayıb.

 

Xatırladaq ki, yanvarın 17-də açıq dənizdə küləyin sürət saniyədə 35 kilometri ötüb. Günün ikinci yarısı dalğanın hündürlüyü 7-9 metr olub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND