PKK terrorçuları Suriyada Türkiyə hərbçilərinə hücum ediblər


04.05.2019 17:00
222
PKK terrorçuları Suriyada Türkiyə hərbçilərinə hücum ediblər

PKK terrorçuları Suriyada Türkiyə hərbçilərinə hücum edib.


Ekspress.az xəbər verir ki, hadisə Hələb şəhərinin Azz rayonu ərazisində baş verib.


Terrorçularla Türkiyə hərbçiləri arasında atışma olub, nəticədə Türkiyə Silahlı Qüvvələrinin iki əsgəri yaralanıb. Onlar təcili tibbi yardım avtomobili ilə Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına çatdırılıblar (report). Həkimlərin səylərinə baxmayaraq yaralı əsgərlərdən birini həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsi davam etdirirlir.


Türkiyə ordusu hücuma cavab olaraq terrorçuların mövqelərinə hava zərbələri endirib.


Ekspress.az