Bu il Qəbələdə 400 hektarda yeni fındıq bağları salınacaq

23.01.2019 15:05
280
Bu il Qəbələdə 400 hektarda yeni fındıq bağları salınacaq

Qəbələ rayonunda təkcə ötən il 600 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 400 hektar artırılması nəzərdə tutulur.


Ekspress.az xəbər verir ki, bu barədə "Azərtac"a Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.


Qurum rəsmisi bildirib ki, hazırda rayonda 6 min 27 hektar fındıq bağları var. Bu bağların 4 min 827 hektarı barverəndir. Ötən il fındıq bağlarından 7 min 148 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 125 ton artıb.

Açar sözlər: