NAZİRLİK AÇIQLADI - Dünən Azərbaycanda 7 nəfər bu səbəbdən ölüb


11.10.2019 15:27
85
NAZİRLİK AÇIQLADI - Dünən Azərbaycanda 7 nəfər bu səbəbdən ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.


Ekspress.az -ın nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. (big)


Ekspress.az