Prezident təhsil müəssisələrinin qazlaşdırılması haqqında Sərəncam imzalayıb

11.06.2019 12:27
81
Prezident təhsil müəssisələrinin qazlaşdırılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən Sərəncamın mətnini təqdim edir:


"Təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND