Fəhlənin başına daş düşdü - Bakıda bədbəxt HADİSƏ

04.07.2019 13:27
261
Fəhlənin başına daş düşdü - Bakıda bədbəxt HADİSƏ

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.


Ekspress.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb.


Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb (Trend).


Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.


Ekspress.az


Açar sözlər: