Jurnalist Elman Babayev yeni vəzifəyə təyin olunub


08.05.2019 17:48
122
Jurnalist Elman Babayev yeni vəzifəyə təyin olunub

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsində (DGK) işə başlayıb.


Ekspress.az xəbər verir ki, E.Babayevə Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsi həvalə olunub.


DGK-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Report"a faktı təsdiqləyib.


O bildirib ki, E.Babayev DGK-da bu gündən fəaliyyətə başlayıb.


Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib (report). O, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.


Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND