Putinin qızı xəyanətə uğradı və boşandı

06.12.2018 17:33
44
Putinin qızı xəyanətə uğradı və boşandı

Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Katerina Tixanova ərindən boşanıb. O, 36 yaşlı rus milyarder Kiril Şamalovla beş il öncə ailə həyatı qurmuşdu. Anasının qızlıq familiyasından istifadə edən və mediadan uzaq bir həyat yaşayan Katerinanın ərindən boşanmasının səbəbi xəyanətdir. 


Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kiril Şamalov boşanma ilə bağlı sualları cavablamaqdan imtina edib. Ötən aprel ayında ABŞ Xəzinə Nazirliyi Kiril Şamalovu öz siyahısına daxil etmişdi. ABŞ-a sərmayə qoyan investorların siyahısında adı yer alan Kiril Şamalovun boşanmadan sonra siyahıdan çıxarılacağı gözlənilir.

Vladimir Putinin kızından boşandı, o isimle evlendi

Boşanmanın ardınca Kiril Şamalovun çoxdan bəri Londonda yaşayan və son dərəcə varlı olduğu deyilən Janna Volkova ilə evləndiyi bildirildi. Şamalovun evlilik xəbəri Janna Volkovanın şəxsiyyət vəsiqəsində dəyişən familiyası ilə də təsdiqlənmiş oldu. Xəbərin yayılmasının ardınca Putinin qızının xəyanətə uğraması ehtimalları yayılıb.

Vladimir Putinin kızından boşandı, o isimle evlendi

Kirill Şamalov Rusiyanın ən varlı insanlar siyahısında 64-dən 75-ə doğru geriləsə də, 1.2 milyard dollarlıq sərvətini 1.4 milyard dollara qədər artırdığı bilinir.

Vladimir Putinin kızından boşandı, o isimle evlendi

Putinin keçmiş həyat yoldaşı Lyudmiladan dünyaya gələn qızları Katerina və Mariyanın həyatı barədə çox məlumat yoxdur. 33 yaşlı Mariyanın holland bir iş adamı ilə evli olduğu bilinir. Putin daha öncə qızları haqqında verilən bir suala “Onlar heç bir zaman ulduz uşağı olmayıb və diqqətin onlara yönəlməsindən heç bir zaman xoşları gəlməyib. Öz həyatlarını yaşayırlar.

Vladimir Putinin kızından boşandı, o isimle evlendi

Rusiyada yaşayırlar və burada təhsil aldılar. Onlarla qürur duyuram” cavabını vermişdi.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND