Ermənistan yenidən qarışdi – Paşinyan inqilab anonsunu verdi


20.05.2019 10:47
232
Ermənistan yenidən qarışdi – Paşinyan inqilab anonsunu verdi

Nokol Paşinyan Ermənistan Ali Məhkəməsinin Robert Köçəryanın azadlığa çıxması ilə bağlı qərarına etiraz olaraq Facebook səhifəsində bəyanat yayıb.

Ekspress.az xəbər verir ki, o, ölkəsində "inqilabın ikinci mərhələsi”nin başlandığını elan edib:


 "Sabah Ermənistanda inqilabın ikinci ən mühüm mərhələsini elan edəcəyəm, xalqın dəstəyinə ümid bəsləyəcəyəm”.

 

Məsələ barədə siyasi şərhçi Şahin Cəfərli deyib ki, düşmən ölkədə gərginlik pik həddə çatıb: 


"Ermənistanda inqilabın ikinci mərhələsi başlayır. Bu gün səhər saatlarında Nikol Paşinyanın tərəfdarları onun çağırışı ilə Ermənistanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayacaq. Sonra Paşinyan xalqa müraciət edəcək və inqilabın yeni – daha vacib mərhələsinin başlandığını elan edəcək.

Səbəb Konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanın məhkəmə tərəfindən azadlığa buraxılmasıdır”.


Onun fikrincə, ilk baxışdan bunlar Ermənistanda məhkəmə hakimiyyətinin müstəqilliyi və siyasi iqtidardan asılı olmaması barədə rəy yarada bilər. Ancaq belə düşünmək sadəlövhlük olar: "İnqilabdan sonra Qarabağ klanı icra və qanunverici hakimiyyətdən qovulsa da, bürokratik aparatda və məhkəmə sistemində gücünü saxlayıb. Hələ ki Paşinyan bu sahədə dəyişiklik edə bilməyib. Bunun əsas səbəblərindən biri onun kadr ehtiyatının zəif olmasıdır. Lakin Koçaryanla bağlı presedent baş nazir üçün həyəcan siqnaldır: bu hadisə göstərdi ki, radikal sistem dəyişikliyini gecikdirmək yeni hökumətin sonunu gətirə bilər. Bura postsovet məkanıdır, əgər dövlət aparatında və toplumda hakimiyyətin zəifliyi, proseslərə nəzarət edə bilmədiyi haqda təsəvvür yaranarsa və möhkəmlənərsə, o iqtidarın ayaqda qalmaq şansı olmaz” (BakuPost).

Ş.Cəfərli daha sonra qeyd edir ki, Koçaryan Ermənistanda böyük nüfuza malik olmasa da, Dağlıq Qarabağda gücünü qoruyur və arxasında Rusiya dayanıb. "Təsadüfi deyil ki, Dağlıq Qarabağdakı separatçı-işğalçı rejimin indiki və keçmiş rəhbərləri – Saakyan və Qukasyan məhkəməyə müraciət edərək onu şəxsi zaminliklərinə götürdülər. Söz-söhbət var ki, Koçaryan Dağlıq Qarabağa qayıdıb, orada gələn il keçiriləcək seçkidə yenidən prezident ola bilər. Heç Xankəndinə dönməsə belə o, İrəvanda Paşinyan üçün ciddi başağrısı olacaq, çünki DQ rejimi və oradakı silahlı dəstələr üzərində təsir imkanları var, xarici əlaqələri də öz yerində…


Paşinyan bütün bunları yaxşı anladığından, proseslərin bu ssenari üzrə inkişafını əngəlləməyə çalışır və yenidən özünün başlıca resursu olan xalq dəstəyinə əl atıb”.


Ekspress.az

Açar sözlər: