Avropa Liqasında 43 oyun


11.07.2019 09:59
100
Avropa Liqasında 43 oyun

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.


Ekspress.az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 43 qarşılaşma keçiriləcək. 

Təmsilçilərimizdən "Səbail" Bakıda Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edəcək, "Neftçi" isə səfərdə Moldova "Sperantsa"sının qonağı olacaq.

Bugünkü görüşlərdən ikisi "Səbail" və "Qəbələ" üçün əhəmiyyətlidir. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Enqordani" (Andorra) cütünün qalibi II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq. "Səbail" mərhələ adlayacağı təqdirdə isə bu gün meydana çıxacaq "Honved" (Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün güclüsü ilə üz-üzə gələcək.

11 iyul

 

Avropa Liqası


I təsnifat mərhələsi, ilk oyunlar


17:30. "Pünik" (Ermənistan) - "Şkupi" (Şimali Makedoniya)

18:00. "Ordabası" (Qazaxıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan)

18:45. "Ventspils" (Latviya) - "Teuta" (Albaniya)

19:00. "Alaşkert" (Ermənistan) - "Makedoniya Gerçe" (Şimali Makedoniya)

19:30. "Laçi" (Albaniya) - "Hapoel" (Beer-Şeva, İsrail)

19:30. AEK (Kipr) - "Petrokub" (Moldova)

19:45. "Trans" (Estoniya) - "Buduçnost" (Monteneqro)

20:00. "Flora" (Estoniya) - "Radniçki" (Serbiya)

20:00. "Kuopio" (Finlandiya) - "Vitebsk" (Belarus)

20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Rumıniya)

20:30. "Baltsan" (Malta) - "Domjale" (Sloveniya)

20:30. "Riteryay" (Litva) - "Klaksvik" (Farer adaları)

20:30. "Rujomberok" (Slovakiya) - "Levski" (Bolqarıstan)

21:00. "Akademiya Pandev" (Şimali Makedoniya) - "Zrinski" (Bosniya və Herseqovina)

21:00. "Brondbü" (Danimarka) - "İnter" (Turku, Finlandiya)

21:00. "Debretsen" (Macarıstan) - "Kukesi" (Albaniya)

21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Enqordani" (Andorra)

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Mura" (Sloveniya)

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan)

21:00. "Brann" (Norveç) - "Şemrok Rovers" (İrlandiya)

21:00. "Jalgiris" (Kaunas, Litva) - "Apollon" (Kipr)

21:00. "Kruzaders" (Şimali İrlandiya) - "B-36 Torshavn" (Farer adaları)

21:00. "Liepaya" (Latviya) - "Dinamo" (Minsk, Belarus)

21:00. "Malmö" (İsveç) - "Ballumena" (Şimali İrlandiya)

21:00. "Mölde" (Norveç) - "Reykyavik" (İslandiya)

21:00. "Radnik" (Bosniya və Herseqovina) - "Spartak" (Trnava, Slovakiya)

21:00. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Hibernian" (Malta)

21:30. "Fola Eş" (Lüksemburq) - "Çixura" (Gürcüstan)

22:00. "Konnax" (Uels) - "Kilmarnok" (Şotlandiya)

22:00. "Olimpiya" (Lyublyana, Sloveniya) - "Riqa" (Latviya)

22:30. "Çukariçki" (Serbiya) - "Banants" (Ermənistan)

22:30. "Styaua" (Buxarest, Rumıniya) - "Milsami" (Moldova)

22:30. "Zeta" (Monteneqro) - "Vidi" (Macarıstan)

22:30. "Dunayska Streda" (Slovakiya) - "Krakoviya" (Polşa)

22:30. "Europa" (Cəbəllütariq) - "Legiya" (Polşa)

22:45. "Aberdin" (Şotlandiya) - "Rovanyemi" (Finlandiya)

22:45. "Kliftonvill" (Şimali İrlandiya) - "Hoqesun" (Norveç)

22:45. "Kork Siti" (İrlandiya) - "Proqres" (Lüksemburq)

22:45. "Sent-Patriks" (İrlandiya) - "Nörrçöpinq" (İsveç)

23:00. "Honved" (Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva)

23:00. "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Kayrat" (Qazaxıstan)

00:00. "Breydablik" (İslandiya) - "Vaduts" (Lixtenşteyn)

00:00. "Styarnan" (İslandiya) - "Levadiya" (Estoniya)


10 iyul

"Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan) - 0:0


9 iyul

 "Sent Josefs" (Cəbəllütariq) - "Reyncers" (Şotlandiya) - 0:4

"Qzira" (Malta) - "Hayduk" (Split, Xorvatiya) - 0:2

MOİK (Sofiya, Bolqarıstan) - "Titoqrad" (Monteneqro) - 4:0


Qeyd edək ki, cavab görüşləri 16 - 18 iyulda keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND