Çelyabinsk-Bakı aviareysi açılacaq - QİYMƏT

23.03.2019 13:04
88
Çelyabinsk-Bakı aviareysi açılacaq - QİYMƏT


Aprel ayının 9-dan etibarən Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. 


Sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə IV günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.


Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq (FED). Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND