Komitə sədri: "Erməni lobbisi suverenliyimizə qarşı təxribatlara əl atır"

24.04.2019 12:23
214
Komitə sədri: "Erməni lobbisi suverenliyimizə qarşı təxribatlara əl atır"

"Erməni lobbisi dünyada azərbaycanlılara və dövlətimizin suverenliyinə qarşı müxtəlif təxribatlara əl atır".


Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimat mərasimində deyib.


O bildirib ki, dünyanın 60-dan çox ölkəsində Azərbaycan diasporu fəaliyyət göstərir:


"Mən son bir ildə dünyanın 14 ölkəsində səfərdə olmuşam və orada azərbaycanlıların Vətənə nə qədər bağlı olduqlarını müşahidə etmişəm (report). Buna baxmayaraq, erməni lobbisi Azəebaycanın müstəqilliyinə və suverenliyinə qarşı müxtəlif cəhdlər edir. Bu gün gənclərimizlə görüşün mahiyyəti də məhz gənclərə göstərilən dəyərin nəticəsidir".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND