Minsk-2019: Rahil Məmmədli mübarizəni dayandırıb

21.06.2019 16:35
174
Minsk-2019: Rahil Məmmədli mübarizəni dayandırıb

Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə başlayıb.


Belarusun paytaxtı Minskdə keçirilən yarışda 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli 1/16 final görüşünü keçirib.


Təmsilçimiz “Urçiye Arena”nın rinqində bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb (APA). Qarşılaşmadan məğlub ayrılan təmsilçimiz Avropa Oyunlarında mübarizəni dayandırıb. 


Qeyd edək ki, bunadək rinqə çıxan Tayfur Əliyev 1/8 finala adlayıb. 


Ekspress.az