• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

Putin İtaliyaya səfər dəvətini qəbul etdi

09.02.2019 14:10
361
Putin İtaliyaya səfər dəvətini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfər dəvətini qəbul edib.


Ekspress.az - ın məlumatına görə, bunu Romada rusiyalı səfir Sergey Razov bildirib.

“İtaliya rəhbərliyinin müvafiq dəvəti məmnunluqla qəbul olunub. Konkret tarixlər diplomatik kanallarla razılaşdırılacaq və onlar barədə müəyyən edilmiş qaydada elan olunacaq”, – diplomat deyib.


Onun fikrincə, bu səfər ikitərəfli münasibətlərdə mühüm hadisə olacaq.


Xatırladaq ki, İtaliyanın Baş naziri Cuzeppe Konte bir müddət V.Putini rəsmi səfərə dəvət edib (report). Sonra İtaliyanın Moskvadakı səfiri Paskuale Terraçano bildirib ki, səfər 2019-ci ilin birinci yarısında gözlənilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND